Rusiya sülhə qarşı - “İrəvan və Bakıya mane ola bilməyəcək”

21, 04, 22
14:00

Rusiya sülhə qarşı - “İrəvan və Bakıya mane ola bilməyəcək”


“Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesinə mane ola bilər, amma qarşısını ala bilməz. Avropa Birliyi isə bölgədə sülhün təmin edilməsini Rusiyanın Cənubi Qafqazdan çıxması fonunda görür”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya səfəri ətrafındakı gəlişmələrə diqqət çəkib:

“Putin Moskvada Paşinyanla görüşündə Qarabağ məsələsini qabartdı. Bununla mesajı verdi ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına qarşıdır. Putinin “Qarabağda problemlər var” vurğusu da buna əsaslanır.

Rusiya ötən otuz il ərzində işğalın davam etməsinə dəstək verib. Amma geosiyasi düzənin dəyişməsi Azərbaycana imkan verdi ki, öz ərazilərini işğaldan azad etsin. Xüsusilə Rusiyanın ən güclü vaxtında Azərbaycan bunu bacardı. İndi Avropa İttifaqı və ABŞ Minsk qrupunun fiaskosu ilə razılaşıbsa, Ermənistan rəhbərliyi də Azərbaycanın 5 prinsipini qəbul edibsə, onda Rusiyanın iki ölkə arasında başlayan normallaşma prosesinin qarşısını ala biləcəyini düşünmürəm. Bu o zaman ola bilər ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versin və “Qarabağ klanı” yenidən iqtidarı ələ keçirsin. Üfüqdə isə belə bir perspektiv görünmür. Yəni Kremlin istədiyi olmayacaq”.

Məhəmməd Əsədullazadə Ukraynada üzləşdiyi durumun Rusiyanın geosiyasətinə ciddi zərbə vurduğunu bildirib:

“Rusiya rəhbərliyi artıq “sülhməramlı qüvvələr”ini Qarabağdan çıxarılmasını düşünməlidir, nəinki problemləri “həll” etməyi. O da yaxşı olardı ki, Putin rus ordusunu “Ukrayna bataqlığı”ndan, ölkəsini də sanksiyaların məngənəsindən çıxarmağın yollarını axtarsın.

Zaman Azərbaycanın xeyrinə işləyir, həm hərbi meydanda, həm də diplomatik masada əlimiz güclüdür. Azərbaycan uzaq olmayan perspektivdə Ermənistanı sülhə məcbur edəcək. Cənubi Qafqazla bağlı böyük hədəfləri olan Qərb də artıq bunun alternativinin olmadığının fərqindədi

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın