Mariupol müqavimətinin simvolu olan həkim vəfat etdi

23, 04, 22
19:30

Mariupol müqavimətinin simvolu olan həkim vəfat etdi


Mariupolda Ukraynanın Rusiyaya qarşı müqavimətinin simvoluna çevrilən Milli Qvardiyanın həkimi Olena Kuşnir vəfat edib.

“Azərbaycan Reallığı" xairci KİV-ə istinadən xəbər verir  ki, Olena Kuşnir müharibə zamanı Mariupolda mülki əhaliyə və əsgərlərə kömək edən 100-ə yaxın qadından biri olub.

Ölümündən bir neçə gün əvvəl Olena Rusiyanın Mariupol bölgəsinə hücumlarının nəticələrini təsvir etdiyi bir video yayımlamışdı. Videoda şəhərdəki kritik vəziyyətə toxunan Olena tibbi ləvazimatların verilməsinə icazəni, yaralıların təxliyə edilməsini və ölənlərin ləyaqətlə dəfn edilməsini tələb edib.

Olena Kuşnir Rusiyanın işğal cəhdinin ilk günlərində şəhərə edilən hücumda ərini itirmişdi. Açılan humanitar dəhlizlə oğlunu təhlükəsiz yerə aparan Olena daha sonra Mariupola qayıdaraq mübarizəni davam etdirib.

Olena Kuşnir hücumun ilk günündən sosial media vasitəsilə Qərb ölkələrini fəlakətlər barədə məlumatlandırmağa çalışırdı.

Kiyevdə yaşayan insan haqları üzrə vəkil Oleksandra Matviiçuk sosial şəbəkədə Olenanın ölüm xəbərini açıqlayıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın