Müharibənin 60 günü: "Rus xofu öldü"

26, 04, 22
13:00

Müharibənin 60 günü: "Rus xofu öldü"


“Ukraynada baş verənlər Rusiyanın iddialarının imkanlarına uyğun olmadığını ortaya çıxardı”.

Bu sözlər açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, artıq 2 ayı tamamlanmış Rusiya-Ukrayna müharibəsinin ikinci mərhələsini şərh edib:

“Ukraynaya hərbi müdaxiləyə qədər bütün dünyada Rusiya xofu vardı. Məhz bu xof 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Ukraynada işğallara səbəb oldu. Əslində, bu, cəzasızlıq mühitinin yaranmasına gətirib çıxardı.

Nəticədə, 2022-ci ildə Rusiya yeni bir işğala cəhd etdi. Ancaq 2022-ci ildə artıq qlobal güclər anladı ki, Ukraynaya hərbi müdaxilədən sonra növbəti hədəf NATO ölkələri olacaq.

Sırf buna görə Ukrayna Rusiya ilə mübarizə aparmaq üçün məkan seçildi. Əsas məqsəd Rusiyanın enerjisini tükəndirmək, Rusiyanın bir neçə onilliyə geriyə atmaqdır”.

N. Miri vurğulayıb:

“Üstəlik əsas məsələlərdən biri Ukrayna xalqının birliyi və Rusiya hərbi təcavüzü qarşısında Qərbin gözləmədiyi müqaviməti oldu. Bu müqavimət Rusiya hərbi maşınının işlək olmaması ilə yanaşı, hərbi idarəetməsinin də nə qədər uğursuz olduğunu ortaya qoydu.

Rusiya müharibənin ikinci mərhələsinin başladığını bəyan etsə də, hərbi idarəetmədə dəyişən heç nə yoxdur. Yəni Donbasdan qərbə doğru intensiv hücumlar həyata keçirilsə də, mexanizm dəyişməyib. Rusiya ordusu çox ciddi hərbi müqavimətlə qarşılaşır və böyük itkilər verir. Bu da onu göstərir ki, çox qısa zamanda Rusiya ordusu bütün resurslarını xərcləyək və üçüncü mərhələ üçün ehtiyat toplamaq mümkün olmayacaq”.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın