Vasili Bodnar: Zelenskinin Sözlər qəsdən konteksdən çıxarılıb - Ərdoğana minnətdardır

03, 05, 22
12:00

Vasili Bodnar: Zelenskinin Sözlər qəsdən konteksdən çıxarılıb - Ərdoğana minnətdardır


Ukrayna prezidenti Vladimir Zelenskinin Yunanıstan telekanallarından birində Türkiyə haqqında dediyi sözlər sərt reaksiyalara səbəb olub. 

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar yunan telekanalının Zelenskinin sözlərinin məzmununu dəyişdirdiyi açıqlayıb.

Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar Ukrayna prezidenti Vladimir Zelenskinin Yunanıstan mətbuatına müsahibəsində Türkiyə ilə bağlı işlətdiyi ifadələrlə bağlı yazılı açıqlama verib. Səfirin bəyanatında deyilir:

"Ukrayna administrasiyasının bəyanatlarını bilərəkdən məzmununu dəyişməklə yazmaq səyləri Ukrayna-Türkiyə strateji tərəfdaşlığına kölgə sala bilməz. Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana siyasi dəstəyinə görə minnətdardır. Ukrayna Türkiyə Liderinin Rusiyanın bu ölkəyə təcavüzünə son qoyma çağırışlarını və davamlı sülhü təmin etmək səylərini yüksək qiymətləndirir.
Ukrayna’nın Ankara Büyükelçisi Vasyl Bodnar
Səfir Bodnar

Türkiyənin müharibə şəraitində olan Ukraynaya humanitar yardımı, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan yetimlərlə yanaşı, ölkəmizin digər vətəndaşlarını da qəbul etməsi son dərəcə dəyərlidir. 

Türkiyə Prezidentin sözçüsü İbrahim Kalının başçılıq etdiyi nümayəndə heyətinin Kiyevə səfəri çərçivəsində aparılan uğurlu danışıqlar Ukrayna- Türkiyə dostluğuna örnəkdir", - deyə səfirin bəyanatında qeyd olunub.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın