İrəvan rus qoşunlarını qovur: Nazir təsdiqlədi, amma...

23, 07, 18
13:17

İrəvan rus qoşunlarını qovur: Nazir təsdiqlədi, amma...

Ermənistandakı Rusiya sərhəd qoşunlarının statusuna yenidən baxıla bilər.
Axar.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri David Tonoyan deyib.
“Zamanla imzalanan sənədlərdə problemlər yaranır və onlarda hüquqi dəyişikliklərə ehtiyac olur. Bu dəyişikliklər ediləcək”, – deyə o bildirib.
O, dəyişiklikləri xüsusilə Rusiya hərbçilərinin iştirakı ilə Ermənistanın Panik kəndində yaşanan insidentin sürətləndirə biləcəyini deyib.
Tonoyan dəyişikliklərin məhz nədən ibarət olacağını açıqlamayıb. Lakin Ermənistan rəhbərliyinin belə sərt açıqlamasına təkzib özünü çox gözlətməyib. Tonoyanın açıqlamasından bir qədər sonra “İnterfaks” agentliyinə açıqlama verən Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan İrəvanın Rusiya sərhəd qoşunlarının statusuna baxmaq niyyətində olmadığını açıqlayıb. O, nazirin yalnız Rusiya bazası haqqında razılaşmada hüquqi dəqiqləşdirmələr aparılması gərəkdiyini bildirib.

Bizimlə əlaqə saxlayın