yuxarı
Liman şəhərinin itirilməsindən QƏZƏBLƏNƏN Kadırov OD PÜSKÜRDÜ
02, 10, 22
15:00
Liman şəhərinin itirilməsindən QƏZƏBLƏNƏN Kadırov OD PÜSKÜRDÜ
“Artıq kardinal tədbirlər görməyin - sərhədyanı rayonlarda hərbi vəziyyət elan etməyin və güclü nüvə silahından istifadə edin”.
"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov şəxsi telegram kanalında Rusiya qüvvələri tərəfindən Liman şəhərinin itirilməsini şərh edərkən bildirib.
Kadırov baş verənlərdə ilk növbədə ərazidəki hərbi birləşmələrə rəhbərlik edən Mərkəzi Hərbi Dairənin komandiri, general-polkovnik Aleksandr Lapini günahlandırıb.
“Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib günahını qanla yumaq üçün cəbhəyə göndərərdim”, - deyə o, qeyd edib.
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək