Robert Köçaryana rəsmi ittiham irəli sürüldü

27, 07, 18
01:27

Robert Köçaryana rəsmi ittiham irəli sürüldü

Ermənistanda 2008-ci il martın 1-də etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident Robert Köçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.
Publika.az news.am-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın Xüsusi istintaq xidmətinin mətbuat xidməti bildirib.
Məlumata görə, İrəvan şəhər məhkəməsinə Robert Köçaryan barəsində həbs-qəti imkan tədbirinin seçilməsi haqqında xahiş göndərilib.
Qeyd edək ki, sabiq prezident bu gün şahid qismində dindirilib.
Xatırladaq ki, 2008-ci ildə etiraz aksiyaların dağıdılması nəticəsində 10 nəfər ölmüşdü.
Ömər

Bizimlə əlaqə saxlayın