Molla rejimi QƏZƏBLƏNDİ - Bu ölkə ilə münasibətlər pisləşir

11, 12, 22
18:00

Molla rejimi QƏZƏBLƏNDİ - Bu ölkə ilə münasibətlər pisləşir


Britaniyanın Tehrandakı səfiri Saymon Şerkliff İran Xarici İşlər Nazirliyinə çağırılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun üzvü Besiçi yaralayan Muhsin Şikarinin edam edilməsinə görə İranın ədliyyə işçilərinə qarşı sanksiya tətbiq edən Böyük Britaniyaya xəbərdarlıq olunub.

İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Böyük Britaniya İranın daxili işlərinə dair “müdaxiləçi” bəyanatlar verir, ölkədəki çaşqınlığı və qeyri-sabitliyi dəstəkləyən rəftar sərgiləyir.

Nazirlikdə keçirilən görüşdə Britaniya rəsmilərinin İranın daxili işləri ilə bağlı bəyanatlarının davam etdirilməsi, London hökuməti və mediasının anti-İran fəaliyyətləri, İran vətəndaşlarına qarşı sanksiyalar sərt şəkildə pislənib. Şerkliffə məlumat verilib ki, ölkəsinin İran əleyhinə siyasəti və Londonda fəaliyyət göstərən farsdilli telekanallarının təxribat cəhdləri İran xalqının İngiltərəyə qarşı nifrətini daha da artıracaq.

Britaniya səfirinə bildirilib ki, İran İslam Respublikası Britaniyanın sanksiyalarına cavab vermək hüququnu özündə saxlayır. Heç bir sənəd təqdim etmədən İranın Rusiyaya PUA-lar göndərdiyini deyən Londonun iddiaları rədd edilib.

Britaniya səfiri Şerkliff vəziyyətlə bağlı ölkəsini xəbərdar edəcəyini bildirib. (Musavat.com)

Nigar Cəfərli

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 
 

Bizimlə əlaqə saxlayın