Putinin Ərdoğanla zarafatının görüntüsü yayıldı - Video

27, 07, 18
16:46

Putinin Ərdoğanla zarafatının görüntüsü yayıldı - Video


















Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Yohannesburqda görüşündə zarafatlaşıb.
Publika.az xəbər verir ki, Putin Rusiya ətinin Türkiyəyə çatdırılması başlananda Ərdoğanın restoran dəvətini qəbul edəcəyini bildirib.
- Siz məni restorana dəvət edəcəyinizə söz vermişdiniz, - Putin deyib.
- Mən dəvət edirəm, - Ərdoğan ona cavab verib.
- Biz razılaşdıq ki, siz ət məhsulumuzu bazara buraxmağa başlayanda və restoranda bizim ət yeməklərimiz olanda, onda nahar eləyəcəyik, - Putin yumorla cavab verib.
- Mən böyük məmnuniyyətlə, sizi gözləyəcəyəm, - Ərdoğan bildirib.

Bizimlə əlaqə saxlayın