yuxarı
“Charlie Hebdo” Xameneinin karikaturalarını dərc etdi - Səfir XİN-ə çağırıldı
05, 01, 23
13:00
“Charlie Hebdo” Xameneinin karikaturalarını dərc etdi - Səfir XİN-ə çağırıldı
Fransanın Tehrandakı səfiri Nikolya Roş İran XİN-ə çağırılıb.
"Azərbaycan Reallığı" “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Nasser Kanani bildirib.
Məlumata görə, buna səbəb Fransanın “Charlie Hebdo” satirik jurnalında İranın milli və dini dəyərlərini təhqir edən karikaturaların nəşr edilməsi olub.
Belə ki, məşhur jurnal İranın Ali Rəhbəri Əli Xameneini ələ salan karikaturalardan ibarət xüsusi buraxılış dərc edib.
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək