Türkiyədə son zəlzələdə 3 nəfər ölüb, 213 nəfər yaralanıb

21, 02, 23
13:00

Türkiyədə son zəlzələdə 3 nəfər ölüb, 213 nəfər yaralanıb


Türkiyədə baş verən yeni zəlzələlər nəticəsində üç nəfər həlak olub. 

"Azərbaycan Reallığı" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir bildirib ki, zəlzələ nəticəsində 213 nəfər yaralanıb: 

“Hazırda axtarış-xilasetmə qruplarımız tam sürətlə digər xəbərlərə getməyə çalışırlar. Bu gün axşam saatlarında riskli binalara girməmək barədə xəbərdarlıq etmişik. Bu son dərəcə risklidir. Zəlzələlər davam edir. Heç bir qiymətləndirmə olmadan həmin binalara girmək fəlakətlərə səbəb ola bilər”.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın