“Krım qaytarılmadan sülh olmayacaq” - Zelenski

24, 02, 23
11:00

“Krım qaytarılmadan sülh olmayacaq” - Zelenski


“Yalnız Krımın işğaldan azad edilməsi Ukrayna və Avropada sülhün bərqərar olmasına kömək edəcək”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “BBC”yə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Ukrayna Krımı qaytarana qədər bütün planetdə sülh olmayacaq.

O, həmçinin qeyd edib ki, müharibəni dayandırmaq üçün hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dünya səviyyəsində dəstəkləmək lazımdır.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Bizimlə əlaqə saxlayın