Boris Conson NATO-nun Baş katibi olmaq istəyir

24, 02, 23
17:00

Boris Conson NATO-nun Baş katibi olmaq istəyir


Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson özünü NATO-nun baş katibi vəzifəsinə namizəd hesab etdiyini bildirib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb.

"Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür", - deyə Conson bildirib.

Qeyd edək ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər.

Boris Conson isə 2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın