Vəzifəli şəxsi ayı parçaladı

11, 12, 24
16:30

Vəzifəli şəxsi ayı parçaladı


Rusiyanın Kamçatka vilayətində ayı kişini dərəyə sürükləyib.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə Klyuçi kəndindən 200 kilometr aralıda yerləşən Ozernovski mədən-metallurgiya zavodunun ərazisində baş verib.

Məlumata görə, heyvan zavodun ərazisinə daxil olub 46 yaşlı kişini tutaraq 50 metr məsafəyə sürükləyib. Fəhlələr yalnız kişinin qışqırtısını eşidəndə vəziyyətdən xəbərdar olublar.

Təhlükəsizlik xidmətinin rəisi yırtıcını güllələyib. Zərərçəkmiş kişi isə başından və ayaqlarından xəsarətlər alıb, həkimlər onu xilas edə bilməyiblər.

Məlum olub ki, həmin şəxs zavodun sahibi olan qızıl mədən şirkətində texnologiya üzrə direktor müavini olub.


Bizimlə əlaqə saxlayın