Ərdoğanın ABŞ-a qarşı çıxmasında əsas məqsəd nədir?

30, 07, 18
20:55

Ərdoğanın ABŞ-a qarşı çıxmasında əsas məqsəd nədir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a qarşı çıxmasında əsas məqsəd Türkiyəni müstəqil ölkə halına gətirməkdir.
Axar.az xəbər verir ki, bunu rusiyalı professor Vladimir Vasilyev bildirib.
Vasilyev ABŞ Konqresinin nadir hallarda verilən qərarı geri götürdüyünü, Türkiyəyə qısa müddət ərzində F-35 hərbi təyyarələrinin çatdırılmasını gözləmədiyini qeyd edib:
"Türkiyə-ABŞ arasındakı hərbi əməkdaşlıq da gərginlik yaradır. Burada əsas məsələ Fətullah Gülən və Türkiyənin Suriyadakı bəzi addımlarıdır. ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə olduğu kimi, Ərdoğan ilə də münaqişələri sona çatdırmaq istəyir. Ancaq amerikalı demokratların mövqeyi səbəbindən Trampın bunu etməsi çox asan deyil. F-35 müqaviləsinin pozulması sözügedən münaqişələrin nəticələrin biridir".

Bizimlə əlaqə saxlayın