Bakı Tehrana yerini göstərir: İranın Azərbaycandakı səfirliyi bağlanır?

07, 04, 23
14:00

Bakı Tehrana yerini göstərir: İranın Azərbaycandakı səfirliyi bağlanır?


“Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti məlum terror hadisəsindən sonra dayandırılıb. Belə olan halda Azərbaycan tərəfinin də beynəlxalq hüquq normalarına görə tam haqqı çatır ki, qarşılıqlı olaraq İranın Azərbaycandakı səfirliyinin fəaliyyətini də eyni statusa endirsin”. 

"Azərbaycan Reallığı" xəbər verir ki,  Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Xaləddin İbrahimli deyib.

O, İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşının arzuolunmaz şəxs elan edilməsindən sonra İran səfirliyinin ölkəmizdə bağlanması çağırışlarına münasibət bildirib.

Xatırladaq ki, bu gün bir sıra millət vəkilləri analoji bəyanatla çıxış ediblər.

X. İbrahimli deyib: “Bəllidir ki, İranın Azərbaycandakı səfirliyi ölkəmizdə məzhəb zəminində qarşıdurma yaratmaq istiqamətində gizli fəaliyyət göstərir. Habelə Azərbaycanda açıq və gizli fəaliyyət göstərən dini dərnəklərin fəaliyyətini koordinasiya edir, eyni zamanda, onlarla iş birliyi içərisindədir.

Bu barədə rəsmi qurumların zaman-zaman açıq yazıları da olub. Ona görə də İranın ölkəmizdəki səfirliyinin fəaliyyəti ya tamamən dayandırıla, yaxud konsulluq, ya da attaşe səviyyəsinə endirilə bilər.

Tamamən dayandırılması sərt bir qərardır, lakin hər halda səfirlik  kargüzarlıq səviyyəsinə endirə bilər. Azərbaycanın buna tam haqqı var”.
“Mən həmişə təklif etmişəm ki, Tehrandakı səfirliyimiz Təbrizə köçürülsün. Təbii ki, rəsmi Tehran buna icazə verməyib, dirənəcək. Amma Azərbaycanın da tam haqqı var ki, Tehranda təhlükəsizliyin təmin olunmamasına görə səfirliyini Təbrizə köçsün. Çünki Təbriz qədim Azərbaycan şəhəridir. Əgər köçürülsə, yəqin ki, orada Tehranda baş verən təhlükələr ilə üzləşmərik”, – deyə X. İbrahimli fikirlərini tamamlayıb.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın