“Biz sona qədər gedəcəyik” - Priqojin

24, 06, 23
12:00

“Biz sona qədər gedəcəyik” - Priqojin


"Biz Rostova daxil oluruq. Bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçib".

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin teleqram kanalında deyib.

O qarşılarına çıxan hər şeyi məhv edəcəklərini və daha irəli gedəcəklərini bildirib:

"Biz sona qədər gedəcəyik".

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın