Suriyada 2,8 milyon əhali aclıq içindədir - Ümumdünya Ərzaq Proqramı

16, 12, 24
10:30

Suriyada 2,8 milyon əhali aclıq içindədir - Ümumdünya Ərzaq Proqramı


Ümumdünya Ərzaq Proqramı (WFP) Suriyada 2,8 milyon insanı qidalandırmaq üçün növbəti altı ayda 250 milyon dollara ehtiyac duyur.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu WFP -nin Yaxın Şərq, Şimali Afrika və Şərqi Avropa üzrə regional direktoru Korin Fleyşer X hesabında yazıb.

Onun sözlərinə görə, suriyalılar çətin an yaşayırlar: “Çoxlu müharibə və qaçqınların daxili yerdəyişməsindən sonra onlar sağ qalmağın astanasındadırlar. Qarşıdakı altı ayda 2,8 milyon insana ərzaq yardımı göstərmək üçün 250 milyon dollara ehtiyacımız var".

WFP uzun illərdir Suriya əhalisinə yardım göstərməklə məşğuldur.


Bizimlə əlaqə saxlayın