Ukrayna ordusu Baxmutda irəlilədi, rus bölmələrini darmadağın etdi

26, 06, 23
10:00

Ukrayna ordusu Baxmutda irəlilədi, rus bölmələrini darmadağın etdi


Baxmut vilayətində Ukrayna hərbçiləri Rusiya Federasiyası Şərq Hərbi Dairəsinin 5-ci Əlahiddə Ümumqoşun Ordusunun 57-ci OMBR bölmələrini darmadağın edib və Siverski Donets-Donbas kanalının qərb sahilində Rusiyaya məxsus körpü başlığını məhv ediblər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Müharibə Tədqiqat İnstitutuna (ISW) istinadla məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatı bəyan edib ki, hazırda Baxmut istiqamətində müdafiə qüvvələri təşəbbüsü əlində saxlayır:

"Ordumuz hücum əməliyyatlarını davam etdirir, düşməni geri atır. Gün ərzində Baxmut ətrafında cənub və şimal cinahlarda 600 metrdən 1000 metrədək məsafə qət edilib".

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri düşmənin çoxsaylı texnika və canlı qüvvəsini məhv edib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın