SON DƏQİQƏ! Rusiya düyməyə basdı - Qara dənizdə QAYNAR ANLAR

21, 07, 23
14:00

SON DƏQİQƏ! Rusiya düyməyə basdı - Qara dənizdə QAYNAR ANLAR


Rusiya donanması Qara dənizdə əsl sursatdan istifadə edərək təlim keçib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qara dəniz donanmasına aid raket gəmisinin Qara dənizin şimal-qərb hissəsində "hədəf gəmiyə gəmi əleyhinə qanadlı raketlər" atdığını açıqlayıb.

"Hədəf gəmisi raket hücumu nəticəsində məhv edilib", - məlumatda deyilir.

Krımda körpünün partlamasından sonra Rusiya Ukraynanın Qara dəniz sahilindəki Odessa və Mikolayiv limanlarına silsilə hücumlar həyata keçirib.
Qeyd edək ki, Moskva bəyan edib ki, Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasına imkan verən taxıl müqaviləsini uzatmayacaq. Bu qərardan sonra Rusiya Ukraynanın Qara dənizdəki limanlarına gedən bütün gəmiləri potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcəyini açıqlayıb.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında isə bildirilir ki, Qara dəniz hövzəsindəki Rusiya limanlarına və Rusiyanın müvəqqəti işğalı altında olan Ukrayna limanlarına doğru üzən bütün gəmilər hərbi yük daşıyan gəmilər hesab ediləcək.

Qara dənizdəki bu hesablaşmadan bir neçə saat sonra Rusiya təlimlərə başlayıb və gərginlik pik həddə çatıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın