“RUSİYANIN MÜDAFİƏSİ ÇAT VERƏ BİLƏR” - “Ukrayna ABŞ və müttəfiqləri kimi döyüşmür”

04, 08, 23
19:00

“RUSİYANIN MÜDAFİƏSİ ÇAT VERƏ BİLƏR” - “Ukrayna ABŞ və müttəfiqləri kimi döyüşmür”


Ukrayna əks-hücumu davam etdikcə, Qərbdə bu əməliyyatın gedişi və nəticələri barədə müxtəlif mülahizələr irəli sürülür.

"Azərbaycan Reallığı" xəbər verir ki, “The Economist” nəşrində bu mövzu ilə bağlı dərc edilən yazıda Ukrayna hərbi rəhbərliyinin seçdiyi taktikanın təsadüfi olmadığı qeyd olunub.

Böyük Britaniya ordusu Baş Qərargah rəisi Toni Radakindən sitat gətirən nəşr yazır ki, Ukrayna ordusu işğalçı qüvvələrin logistikasına ağır zərbələr endirməklə yanaşı, müdafiə xəttində zəif nöqtələr axtarışını davam etdirir. Yazıda qeyd olunur ki, Ukrayna komandanlığı hələ iyun ayında böyük tank birləşmələrinin Rusiya PUA-ları üçün asan hədəf olduğunu bəyan edib. Bu səbəbdən Ukrayna bölmələri daha kiçik qruplarla hücum əməliyyatları keçirməyə üstünlük verir.

Hərbi ekspertlərə istinad edən “Te Economist” bildirir ki, Ukrayna əsas qüvvələrini döyüşə atan anda cəbhənin hansısa istiqamətində Rusiyanın müdafiə xətti çat verə bilər: “İşğalçı qüvvələr artıq mənəvi düşkünlükdən, sialh-sursat çatışmazlığından və komandirlərin pis idarəçiliyindən əziyyət çəkir. Ukraynanın əsas zərbəsi Rusiya ordusu üçün çətin imtahan olacaq”.

“The Economist”-ə danışan hərbi strateq Lourens Fridman isə deyib ki, Ukraynadan dərhal və böyük nəticələr gözləmək doğru deyil: “Ukrayna müdafiə qüvvələri ABŞ və müttəfiqləri kimi döyüşmür. Amerikalılar öz müharibələrində döyüş meydanında əzici atəş gücü və havada tam üstünlük nümayiş etdiriblər ki, bunların heç biri Ukraynada yoxdur”.

Fridman deyib ki, Ukrayna ABŞ ordusundan fərqli olaraq, yüksək səviyyədə lazımi silah-sursatla və təyyarələrlə təmin olunmayıb, ona görə də bu ordudan sürətli blitskriq gözləmək düzgün deyil.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın