Xankəndidə uzun gecə: “Hazırda vəziyyət çox gərgindir”

29, 08, 23
11:00

Xankəndidə uzun gecə: “Hazırda vəziyyət çox gərgindir”


“İnsanlar vaxtaşırı Araik Arutyunyanın adını qışqırır, amma hələ də camaatın qarşısına çıxıb hər hansı bir söz deyən yoxdur”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri gecədən səhərə qədər separatçı rejimin “milli məclisi”nin binası yaxınlığında aksiya keçirən etirazçılardan biri söyləyib.

Xatırladaq ki, Azərbaycan bayrağını təhqir edən üç erməni gəncin “Laçın” NBM-də saxlanılması Xankəndidə etiraz dalğasına səbəb olub. İnsanlar Araik Arutyunyanla görüş tələb etsələr də, onların səsinə səs verən olmayıb.

Erməni nəşri yazır ki, aksiya davam edən müddətdə sadəcə tanınmamış “DQR” “müxalifət”inin üzvü Tiqran Petrosyan etirazçıların qarşısına çıxıb elan edib ki, müzakirələr davam edir.

“Hazırda vəziyyət çox gərgindir, insanlar “polislə” mübahisə edir”, – Xankəndi ermənisi bildirib.

Şəhər sakini onu da əlavə edib ki, bir neçə saniyə əvvəl Xankəndinin “meri” Davit Sarkisyan etirazçılarla görüşüb və elan edib ki, müzakirələrin nəticəsini cəmi yarım saatdan sonra biləcəklər.

Qeyd edək ki, qapana qısılmış separatçılar arasında vəziyyət getdikcə gərginləşməkdə davam edir. Sıravi ermənilər xunta rejiminə qarşı mütəmadi etiraz aksiyaları təşkil edirlər.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  
 

Bizimlə əlaqə saxlayın