İran xeyrinə casusluq edən daxili şər qüvvələr yenidən baş qaldırıblar - Düzgün Atalı yazır...

12, 09, 23
11:33

İran xeyrinə casusluq edən daxili şər qüvvələr yenidən baş qaldırıblar - Düzgün Atalı yazır...


Demokratiyanın beşiyi sayılan ölkələrdən biri də Fransadır. Bu ölkədə kimsə desə ki, Türklər ermənilərə qarşı genosid etməyib, həmən həbs olub cəza alar. Ancaq, biz də necədir? Təəssüf ki, ölkəmizdə dövlətimiz və millətimiz haqqında qarayaxmalar edib, hətta, şər-şəbədə danışsan da - gözün üstə qaşın var deyən yoxdur. Elə ona görə də  düşmənlərimizin dəyirmanına su tökənlər sosial şəbəkələrdə həyasızcasına at oynatmaqla məşğuldur.

"Ziyalı"lar da kı, ağızlarına su alıb susurlar. Sanki bu dövlətin onlara aidiyyəti yoxdur. Bəzi hallarda isə, onlar, dolayı yolla din adi ilə düşmən qüvvələrə xidmət edənləri dəstəkləyirlər. Görünür, bizdə demokratiya lap qıcqırıb, fontan edir. Yazıqlar olsun ki, vətəndaşlarımız  demokratiyanın nə olduğunu anlaya bilmir. Və bundan istifadə edən məkrli insanlar şəraitə uyğun olaraq geninə-boluna yararlanır

İranın xeyrinə casusluq edib, həmin dövlətin idealogiyasını təbliğ edən adamlara bir söz demək olmurdu, - özünü demokrat sayan bəzi şübhəli mərkəzlərdən maliyyələşən və idarə olan partiyalar tumanlarını başlarına çəkib hay-həşir salırdılar ki, bəs vətəndaşların danışmaq hüququ əlindən alınır, inanclı insanlar həbs olunur, demokratiya pozulur.   

Ermənistan və İran sərhədlərimizə qoşunların cəmləşdirir, gərgin bir situasiya yaranıb, daxilimizdə olan şər qüvvələr yenidən baş qaldırıblar. Flora Kərimovanın illər öncə sayıqlama audiosu məqsədli şəkildə üzə çıxarılır, bundan istifadə edən separtçılar və türk düşmənləri, bəzi mərkəzlərin əmri ilə hərəkətə keçib, özlərinə əl qatıblar.

Məqsədləri, Türkiyə - Azərbaycan dostluğuna çamur atmaqla, aramızda soyuqluq yaratmaq istəyidir.. Bəzi separtçılar isə, "tarixçi" qismində ortaya çıxıb, mənbəyi bilinməyən, düşmənlər tərəfindən ortaya atılan uydurmalarla gündəmi dəyişirlər. Siyasi gedişləri anlamayan bəzi həmvətənlərimiz də bu şərəfsizlərin toruna düşüb dövlətimizə və millətimizə asi çıxırlar. Bu çox təhlükəli məsələdir.

P.S. Dövlət orqanları hərəkətə keçməli və pozuculuq işi aparan insanlar məsuliyyətə cəlb olunmalıdır. Əks təqdirdə dövlətimizin dayaqlarına xətər yetə bilər.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın