Ərdoğan sabah Naxçıvana gəlir

24, 09, 23
15:26

Ərdoğan sabah Naxçıvana gəlir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvana səfər edəcək.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Türkiyənin “NTV” kanalı məlumat yayıb.

Məlumata görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq və iki lider arasında görüş olacaq.

Görüşdə Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonrakı siyasi proses və Zəngəzur dəhlizinin müzakirə olunacağı bildirilir.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın