Simonyan: “İndiki Ermənistan ermənilərə aid deyil”

26, 09, 23
14:00

Simonyan: “İndiki Ermənistan ermənilərə aid deyil”


Rusiyanın RT telekanalının baş redaktoru, milliyətcə erməni Marqarita Simonyan İrəvanda rəsmi səfərdə olan Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin sözlərinə münasibət bildirib.  

"Azərbaycan Reallığı" xəbər verir ki, dünən İrəvanda səfərdə olan Vladimir Kolokoltsev baş nazir Nikol Paşinyanla görüşündə bildirib ki, Qərb və ABŞ Ukraynadakı vəziyyətdən istifadə edərək Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. 

“Kolokoltsev haqlı olaraq bildirdi ki, Qərb Ermənistanla yalnız Rusiyanı regiondan sıxışdırmaq üçün oynayır, ABŞ ermənilərin taleyindən narahat deyil. Razıyam. Bircə onu əlavə edəcəyəm ki, indiki Ermənistan ermənilərə aid deyil”, - Marqarita Simonyan deyib. 

RT-nin baş redaktoru onu da vurğulayıb ki, Kim Kardaşyan və hətta NATO Ermənistana kömək etməyəcək. 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın