Ukraynada ilk yeraltı məktəb TİKİLİR

02, 10, 23
16:30

Ukraynada ilk yeraltı məktəb TİKİLİR


Ukraynanın ilk yeraltı məktəbi Xarkov şəhərində tikiləcək.

"Azərbaycan Reallığı" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Xarkov meri İqor Terexov teleqramda yazıb.

Onun sözlərinə görə, bu, şagirdlərə hətta raket təhlükələri zamanı da təhsillərini davam etdirməsinə kömək edəcək:

"Biz Ukraynada müasir normativ tələblərə cavab verəcək ilk yeraltı məktəb tikməyi planlaşdırırıq. Belə bir sığınacaq minlərlə Xarkov uşağına raket təhdidləri zamanı təhsilini davam etdirməyə imkan verəcək".

Terexov bildirib ki, sentyabrın 1-də Xarkov metrosunun bir sıra stansiyalarında ümumilikdə 17 sinif otağı açılıb.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın