Kür çayı dondu

19, 12, 23
15:30

Kür çayı dondu

"Azərbaycan Reallığı" xəbər verir ki, Kür çayının Türkiyənin Ardahan şəhərindən keçən hissəsi donub.
 
Məlumata görə, buna səbəb Ardahanda yağan aramsız qar və temperaturun kəskin düşməsi olub.
 
Nəticədə şəhərin mərkəzindən axan, Gürcüstan və Azərbaycan ərazisindən keçərək Xəzər dənizinə tökülən Kür çayının səthi buz bağlayıb.

Bizimlə əlaqə saxlayın