Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

11, 10, 23
09:00

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Oktyabrın 11-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Azərbaycan Reallığı"na verilən məlumata görə, Şahdağda sulu qar yağıb. 

Düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə 11 mm, Naxçıvanda 10 mm, Yardımlıda 9 mm, Ordubadda 8 mm, İsmayıllı, Biləsuvar, Gədəbəydə 7 mm, Qax, Qəbələ, Balakən, Şahdağ, Oğuz, Şərur, Neftçala, Daşkəsən, Gəncə, Şəmkir, Şəki, Zaqatala, Şahbuz, Tovuz, Ağstafa, Tərtər, Şirvan, Qobustan, Naftalan, Culfa, Göyçay, Beyləqan, Kürdəmir, Quba, Şamaxı, Altıağac, Ceyrançöl, Göygöl, Qrız, Xaltan, Bərdə, Ağsu, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Qusar, Sədərəkdə 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. 

Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabr ayının 12-si gündüzədək davam edəcək. 13-14-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Bizimlə əlaqə saxlayın