Temperatur düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

04, 02, 25
11:00

Temperatur düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən "Azərbaycan Reallığı"na bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

 

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Bizimlə əlaqə saxlayın