Azərbaycanda bu saatlardan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

11, 11, 24
15:00

Azərbaycanda bu saatlardan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bu gün axşam saatlarından etibarən 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bizimlə əlaqə saxlayın