Azərbaycanın güllə atıcısı bürünc medal qazanıb

12, 02, 25
10:00

Azərbaycanın güllə atıcısı bürünc medal qazanıb


Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Çempionatında bürünc medal qazanıb

"Azərbaycan Reallığı" xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə (U18) solo yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdmançımız bürünc medal uğrunda mübarizədə Bolqarıstan təmsilçisi Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gəlib.



Bizimlə əlaqə saxlayın