yuxarı
Futbolçu oyundan bir neçə saat əvvəl vəfat edib - FOTO
18, 02, 25
12:30
Futbolçu oyundan bir neçə saat əvvəl vəfat edib - FOTO
Braziliya III Divizion təmsilçisi "XV de Jau" klubunun 26 yaşlı futbolçusu Qabriel Popo "Uniao Suzano" komandası ilə oyundan bir neçə saat əvvəl məşq bazasında vəfat edib.
"Azərbaycan Reallığı" xəbər verir ki, futbolçuya tibbi yardım göstərilsə də həkimlər onun həyatını xilas edə bilməyiblər.
Poponun cəsədini otaq yoldaşı aşkar edib. Ölüm hadisəsinə görə "Uniao Suzano" klubu ilə keçirilməli olan matç təxirə salınıb.
Hazırda polis futbolçunun ölüm səbəbini araşdırır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək