yuxarı
Millimiz Estoniyaya məğlub oldu
19, 04, 25
14:00
Millimiz Estoniyaya məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Estoniyaya məğlub olub.
"Azərbaycan Reallığı" xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv turnirdəki üçüncü - sonuncu matçında 1:2 hesabı ilə uduzub.
Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüşdə yığmanın yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub.
Qeyd edək ki, milli turnirdə Moldovaya (0:1) məğlub olub, Gürcüstana (1:0) qalib gəlib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək