Boksçumuz qızıl medal qazandı - FOTO

11, 06, 25
17:00

Boksçumuz qızıl medal qazandı - FOTO


Şimali Makedoniyanın Kumanovo şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Azərbaycan millisi də bu yarışda iştirak edib. 

Komandamızın üzvü Abbasqulu Şadlinski turnirin qalibi olub. 

O, 75 kq-da mübarizə aparıb və finalda serbiyalı rəqibini üstələyib. 

A.Şadlinski fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  

 


Bizimlə əlaqə saxlayın