38 yaşında tarix yazdı – Messi yenə zirvədə

25, 06, 25
11:30

38 yaşında tarix yazdı – Messi yenə zirvədə


Dünya çempionu olan Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi 38 yaş və daha yuxarı yaşda olan futbolçular arasında tarixdə ən yüksək transfer dəyərinə malik olan oyunçu olub.

"Azərbaycan Reallığı" xarici KİV-ə istinadla xəbər verir ki, futbolçu ötən gün 38 yaşını qeyd edib.

Onun transfer dəyəri 18 milyon avro (təxminən 33 milyon 300 min manat) olaraq qiymətləndirilir.

Qeyd edək ki, əvvəlki rekord Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun və Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştiano Ronaldoya məxsus idi. Ronaldonun 38 yaşında transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilmişdi.

518418


Bizimlə əlaqə saxlayın