"Qarabağ" - "Lion" oyununa 22000 bilet satılıb

28, 11, 24
16:00

"Qarabağ" - "Lion" oyununa 22000 bilet satılıb


Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçına 22000 bilet satılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin V turunda bu gün keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də start götürəcək.


Bizimlə əlaqə saxlayın