MAŞTAĞANIN MƏRKƏZİ YOLLARI BƏRBAD VƏZİYYƏTDƏ – FOTO

23, 11, 23
14:30

MAŞTAĞANIN MƏRKƏZİ YOLLARI BƏRBAD VƏZİYYƏTDƏ – FOTO

Maştağa qəsəbəsinin yolları bərbad vəziyyətdədir. Hətta mərkəzi küçələrdə belə palçıq əlindən hərəkət etmək mümkün deyil.

"Azərbaycan Reallığı" xəbər verir ki, Maştağa sakinləri bildirib ki, qəsəbəsinin mərkəzi küçələrindən olan Həsən bəy Zərdabi küçəsi acınacaqlı vəziyyətdədir.


Küçənin başlanğıcı və sonuna asfalt çəkilib, yolların ortası isə bərbad vəziyyətdə saxlanılıb. Sakinlər bildirir ki, Maştağada bu cür yollar çoxdur.


“Sanki hansısa ucqar dağ kəndidir. Hələ ki yağışlar az yağır. Yağışlı və qarlı günlərdə bu yollardan keçmək mümkün deyil. Dəfələrlə müraciət etməyimizə baxmayaraq tədbir görən də yoxdur” deyə, sakinlər bildirib.

Bizimlə əlaqə saxlayın