Deputatın şirkətu məhkəmə qarşısında, Elnur Allahverdiyevin özü haqda şok gizlinlər... - fırıldaq, erməni izi
Deputatın şirkətu məhkəmə qarşısında, Elnur Allahverdiyevin özü haqda şok gizlinlər... - fırıldaq, erməni izi
“ABC-Telecom” yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Yasamal Rayon Məhkəməsində baxılacaq. 347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“ABC-Telecom” isə mobil telefon satışı və məişət texnikasının satışını həyata keçirir və “Kontakt-Home” mağazalar şəbəkəsi “ABC-Telecom”undur. Mediada gedən məlumatlara görə, şirkət deputat Elnur Allahverdiyevə məxsusdur. Azərbaycanda haqqında daha çox şikayətlər edilən və son zamanlar barəsində sosial şəbəkələrdə daha çox neqativ xəbərlər yayılan biznes qurumlarından biri də “Kontakt Home” mağazalar şəbəkəsidir. Məişət texnikası və mebel bazarında daha çox istehlak kreditləri portfeli olan şirkətlərdən biridir – “Kontakt Home”. Son zamanlar mağazalar şəbəkəsinin satdığı məhsulların əksəriyyəti ya xarab çıxır, ya da istifadəyə yararsızdır.
“Kontakt Home”nin gizli əməlləri
Şirkət hazırda Bakıda da daxil olamqla ölkənin 17 rayon və şəhərində sərt karantin rejimi elan edib. Bu arada, cumhuriyyet.az olaraq araşdırmalar nəticəsində öyrəndik ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir: “Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsinin gündəlik dövriyyəsinin 230 min manata yaxın olduğu bildirilir. Satışın demək olar ki, 90 faizi kredit vasitəsi ilə həyata keçirilir.
Kreditlə satılan malların üstünə isə dəyərindən 2 dəfə artıq qiymət qoyulur. Yəni faktiki olaraq “Kontakt Home” mağazalar şəbəkəsi çəkdiyi xərcin 100 faizi, bəzən daha çox gəlir əldə edir. Bundan başqa alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa “Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda “Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır.
Deputata bağlı tellər
Həmçinin “Kontakt” mağazalar şəbəkəsi kredit müqavilələrini avadanlıqlara görə dəyişir. Telefon kredit müqaviləsi “ABC-Telekom” MMC ilə bağlanır. Maraqlıdır ki, kredit müqavilələri nə üçün məhz “ABC-Telekom” MMC ilə bağlanır? Onu da bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi deputat Elnur Allahverdiyev olaraq tanınır. Xatırlatma üçün cumhuriyyet.az olaraq bildirək ki, Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin ( digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir.
Kontur kartı və nömrə satışından milyonlar qazanan bu 3 şirkət Azərbaycanda mobil xidmətin ən baha olmasının əsas səbəbkarlarıdır və son vaxtlar ölkədə “süni kontur qıtlığı” yaradaraq yüzminlərlə vətəndaşı, sahibkarları, market sahiblərini narazı salırlar. ABC-Telekom” MMC-nin rəhbəri, Sloveniyanın Azərbaycandakı fəxri konsulu, YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev özü biznes fəaliyyətini təkzib edib.
Millət vəkili vurğulayıb ki, altıncı çağırış Milli Məclisə deputat seçilməsindən sonra sahibkarlıq fəaliyyətinə son qoyub və şirkətdəki vəzifəsindən istefa verib: “Deputat olaraq fəaliyyətim göz qabağındadır və təəssüf edirəm ki, bəzən bu məzmunlu informasiyalar hazırki fəaliyyətimə kölgə salmaq və qərəzli niyyətlə edilir”. Elnur Allahverdiyev qeyd edib ki, mart ayından bu yana müsahibə və açıqlamalarında sahibkarlıq fəaliyyətini dayandırdığını dəfələrlə bildirib: “Düşünürəm ki, professional jurnalist və ya bloggerlər bunu bilməmiş deyillər.
Bununla belə, onlara fəaliyyətlərində uğurlar arzu edirəm, sadəcə, bəzi qarayaxmalara görə təəssüf hiss keçirirəm. Mənə elə gəlir, professionallıq nöqteyi-nəzərdən bu, onların özlərinin obyektivliyi üçün də ziyanlı mövqedir”.Xatırladaq ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz statusunda Elnur Allahverdiyevin qalmaqallı iş adamı kimi ad qazandığını, həmçinin vaxtilə sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsinə MTN-nin generalı Elçin Əliyevin “krışa”lıq etdiyini yazmış.
Elnur Allahverdiyevlə bağlı ilginc iddialar
YAP siyahısından mandat qazanan E.Allahverdiyev ilə bağlı ən ilginc məqam isə onun bu hakimiyyətə nə qədər bağlı olmasıdır. Belə ki, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev vaxtilə ulu öndər Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib.
Bununla bağlı plkə mediasında yer alan məlumata görə, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir.
Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyekt var idi. Marat Allahverdiyev və dostları orda gizlicə yığışıb müzakirə aparardılar.
Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə LAF TV-yə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib. İ. Vahabzadənin həmin videomüsahibəsinin bir hissəsini təqdim edirik: Belə bir şəxsin oğlunun ulu öndərin qurduğu partiyanın namizədlər siyahısında olması olduqca acınacaqlıdır. (Cumhuriyyet.net)