Abşeron rayon icra şöbəsinin əməkdaşından Fikrət Məmmədova şikayət məktubu: "İcra məmuru borclunun müdafiəçisi kimi çıxış edir"

03, 11, 21
10:03

Abşeron rayon icra şöbəsinin əməkdaşından Fikrət Məmmədova şikayət məktubu: "İcra məmuru borclunun müdafiəçisi kimi çıxış edir"


Azərbaycan Respublikası Ədliyyə Naziri Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova 

Azərbaycan Respublikası Ədliyyə Naziriliyi İcra Baş İdarəsinin rəisinə

Əzizova Elnarə Çingiz qızı tərəfindən (tel: 055-274-32-62)

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli cənab Nazir!


Bildirirəm ki, Mən Əzizova Elnarə Çingiz qızı ilə brclu Qarayev Urfan Qara oğlu ilə aramızda olan nikah Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 19.09.2017-ci il tarixli 2 (001)-11332/2017  saylı qətnaməsi ilə pozulmuş və bizim birgə nikahımızdan olan övladımız 30.06.2016-cı il təvəllüdlü Qarayeva Əsmənur Urfan qızının yetkinlik  yaşınadək mənim yanımda qalması və uşağın saxlanması üçün 04.08.2017-ci ildən başlayaraq 137  manat alimentin borclu Qarayev Urfan Qara oğlundan alınaraq mənə verilməsi qət edilmişdir. 2019-cu ilin sentyabr ayında mənim iddia ərizəm əsasında Binəqədi rayon məhkəməsinin qətnaməsi ilə alimentin miqdarı artırılaraq 160 manata çatdırılmışdır. Qeyd olunan qətnamələrin icra edilməsi aidiyyəti üzrə borclunun yaşadığı Abşeron rayonda yəni Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına verilmişdir.

Hal-hazırda icra sənədinin icrasını təmin edəcək Elmir adlı icra məmurudur. Göstərilənlərə əsasən məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimentin miqdarı bu günədək ümumilikdə 6968 manat təşkil etmişdir ki, borclu həmin məbləğin 1000 manatını ödəməkdən qərəzli olaraq yayınır. Tərəfimdən qeyd olunan aliment borcunun ödənilməsi ilə bağlı dəfələrlə Abşeron rayon İcra və Probasiya Şöbəsinin Elmir adlı icra məmurunun qəbulunda olmuşam və aliment borcunun borclu tərəfindən tam olaraq ödənilməsini tələb etmişəm.

Amma buna baxmayaraq icra məmuru sanki borclunun müdafiəçisi kimi birtərəfli və səthi formada çıxış edərək “ayda sənə ümumi yığılmış borcdan 40-50 manat ödəyir daha nə istəyirsən” deyib  yığılmış alimenti borcludan tam olaraq borcludan tələb etmir və eyni zamanda icra sənədinin tam olaraq icra edilməsi üçün heç bir məcburi icra tədbirləri görmür. Göstərilənlərə əsasən Sizdən xahiş edirəm  tələbkar olaraq borclu Qarayev Urfan Qara oğlu icra vərəqəsi üzrə hesablanmış aliment borcunu tam ödəmədiyi üçün və bu ödənişdən qərəzli yayındığı üçün onun barəsində inzibati tədbir görülməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə müvafiq göstəriş verəsiniz.

"Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyin tanıyır

AZƏRBAYCANREALLIĞI.COM

 

Bizimlə əlaqə saxlayın