Ətdən baha olan çərəzlər – Saxlanma şəraitinə nəzarət varmı?
Ətdən baha olan çərəzlər – Saxlanma şəraitinə nəzarət varmı?
“Ölkə daxilində və yaxud ixrac məhsullarında qiymətlərin bahalaşması qıtlıqla əlaqədardır. Onun səbəbi isə bu ilki əlverişsiz hava şəraitidir. Çərəz payız aylarında yetişir, amma onun inkişaf mərhələsi yazdan başlayıb. O vaxtki yağış, külək isə məhsulların çürüməsinə səbəb olub. Məhsul az olduğu üçün qiymətlər ötən illə müqayisədə bahadır. Spesifik problemlər isə bunlardır ki, ölkədə çərəz, meyvə istehsalı tam inkişaf etməyib. Yeni salınan bağlar güclü məhsul vermək üçün hələ tam yetişməyib”.
"Azərbaycan Reallığı"na açıqlama verən iqtisadçının fikrincə, bu sahəyə qoyulan investisiya tam işə düşməsə də, qarşıdakı illərdə bunun bəhrəsi görüləcək:
“Çərəzin saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Bəzi xəstəliklər məhz çərəzlərin normal temperaturda saxlanılmamasından yayılır. Yararsız hala düşən çərəzlərin orqanizmə mənfi təsiri var. Təəssüf ki, keyfiyyətsiz və yararsız hala düşən çərəzlər bazarda bir az aşağı qiymətə satılır”.
Ekspert son illər çərəzin ixracının da zəiflədiyini bildirib. Onun sözlərinə görə buna səbəb saxlanma şəraiti, məhsulun çeşidlənib, xarabın təmizdən ayrılmamasıdır.