“TikTok”da işə düzəldəcəm deyib,181 nəfəri aldatdı

05, 10, 23
20:00

“TikTok”da işə düzəldəcəm deyib,181 nəfəri aldatdı


İşə düzəltmə adı altında 181 nəfəri aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Azərbaycan Reallığı"na bildirilib ki, "TikTok" sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin "yüksək maaşla iş" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, paytaxt sakini 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənlərə şirkətdə yüksək gəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.

Daxili İşlər Nazirliyindən  bildirilib ki, "TikTok" sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin "yüksək maaşla iş" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, paytaxt sakini 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. T.Kərimovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın