Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxsdən XƏBƏR VAR

09, 10, 23
18:00

Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxsdən XƏBƏR VAR


Bakıda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

"Aərbaycan Reallığı" bildirir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 10-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib. İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir. (pravda.az)

Bizimlə əlaqə saxlayın