Azərbaycandan sonra Türkiyədə də estetik əməliyyat etdirən gənc öldü - Foto

19, 12, 24
17:30

Azərbaycandan sonra Türkiyədə də estetik əməliyyat etdirən gənc öldü - Foto


Türkiyəli fenomen Neşe Özkan estetik əməliyyat keçirdikdən sonra vəfat edib.

"Azərbaycan Reallığı" “haberler.com”a istinadla xəbər verir ki, qarın gərmə və sinə kiçiltmə əməliyyatı etdirən qadının ürəyi əməliyyat zamanı dayandığı bildirilib.

Eyni xəbərdə qeyd edilir ki, 28 yaşlı fenomen əməliyyatdan sonra zamanı yaranan fəsadlar nəticəsində dünyasını dəyişib.

N.Özkan Türkiyədə qatıldığı “Gəlin evi” verilişindən sonra populyarlıq qazanıb. O, 2 övlad anası idi. 

Fenomenin ölümündən əvvəl instaqramın hekayə bölməsində faciəvi şəkildə ölən türk müğənni Bergenin mahnısını oxuyaraq paylaşdığı bildirilib.

Qeyd edək ki, Azərbaycanda 23 yaşlı bloger Nərmin İsgəndərova da estetik əməliyyatdan sonra ölüb. Məlumata görə, o, qarın gərmə və bədən şəkilləndirmə əməliyyatından sonra pisləşib və küçədə vəfat edib. 


Bizimlə əlaqə saxlayın