Gülün toxumlarını yeyən azyaşlılar zəhərləndi

13, 10, 23
19:30

Gülün toxumlarını yeyən azyaşlılar zəhərləndi

Biləsuvarda zəhərlənmə hadisəsi baş verib.

“Azərbaycan Reallığı” xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, yaşadıqları mənzilin həyətində əkilən gülün toxumlarını yeyən 10 və 11 yaşlarında olan qardaşlar zəhərlənib.

Onlara Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib. Daha sonra Bakıya yola salınıblar, müalicələri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir.


Bizimlə əlaqə saxlayın