Biləsuvar gömrüyünün işçiləri həbs edildi

16, 10, 23
12:00

Biləsuvar gömrüyünün işçiləri həbs edildi

İranın təhlükəsizlik məmurları Ərdəbil əyalətinin Biləsuvar gömrüyünün 8 işçisini həbs edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə İran Biləsuvarının prokuroru Rəhim Cəngcu açıqlama verib.

Məlumata görə, həbs edilənlər rüşvət almaqda və korrupsiyada günahlandırılıblar.

Daha 9 gömrük əməkdaşı barəsində isə həbs edilən məmurlarla əlbir olduğu üçün araşdırma başladıldığı bildirilib.

Bizimlə əlaqə saxlayın