“Hücum planı Xankəndidə hazırlanmışdı” - Xaçatryan

18, 10, 23
14:00

“Hücum planı Xankəndidə hazırlanmışdı” - Xaçatryan

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın məhkəməsi davam edir.

“Azərbaycan Reallığı” xəbər verir ki, hazırda davam edən iclasda V. Xaçatryan zərərçəkmiş şəxslərdən birinin ifadəsinə münasibət bildirərkən Meşəli kəndinə hücum planının Xankəndidə hazırlandığını deyib.

Onun sözlərinə görə, hücum edənlər Ermənistandan, xaricdən gələnlər, həmçinin Daşnaksütyun Partiyasının üzvləri olublar:

“Dəstənin başçıları Xankəndidən idi. Amma adlarını bilmirəm. Ancaq bizim kənddən iştirak edənləri tanıyıram”.

Bizimlə əlaqə saxlayın