Bakıda manatlıq taksilərin “qovma şousu” faciə ilə nəticələndi - Ölənlər var

24, 10, 23
15:00

Bakıda manatlıq taksilərin “qovma şousu” faciə ilə nəticələndi - Ölənlər var

Bu gün səhər saatlarında Bakıda ağır avtomobil qəzası baş verib.

Hadisə şahidlərinin “Azərbaycan Reallığı”na verdiyi xəbərə görə, qəza Sabunçu rayonu Pirşağı-Məmmədli yolunda qeyd alınıb.

Məlumatda bildirilir ki, manatlıq taksilərin sərnişin götürmək üçün “qovma şousu” onlardan birinin qarşı yola çıxması ilə nəticələnib. Nəticədə manatlıq taksi ilə qarşıdan gələn avtomobil bir-birinə çırpılıb.

Şahidlərin dediyinə görə, qəza zamanı iki nəfər hadisə yerində dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın