Mingəçevirdə 70 yaşlı kişi bıçaqlanıb

28, 10, 23
13:00

Mingəçevirdə 70 yaşlı kişi bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, İmişli rayon sakini, 70 yaşlı Əli Abbasəliyev aralarında yaranan mübahisə zamanı 1953-cü il təvəllüdlü Nazim Rəhimovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Ölkə.Az"a bildirilib ki, N.Rəhimova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Abbasəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın