Mosbet"i reklam edən şəxslər saxlanılıb: Məhkəmədə ağlayaraq peşman olduğların bildiriblər.

31, 10, 23
11:00

Mosbet"i reklam edən şəxslər saxlanılıb: Məhkəmədə ağlayaraq peşman olduğların bildiriblər.

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı lisenziyası olmayan "Mostbet" onlayn mərc oyunlarının, ölkəmizdə reklamını aparan şəxslər saxlanılıb. 

"Azərbaycan Reallığı" hələki onlardan birinin kimliyi haqqında məlumat əldə edib. 1993-cü ildə Qusar rayonunda anadan olmuş, Cabir Əsədov (ad-soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib. 

Aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs "Mostbet" qanunsuz onlayn mərc oyunları saytına aid şəkilləri öz sosial şəbəkə hesablarında paylaşıb və reklamını aparıb. 

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində "Instagram" və "Facebook" sosial şəbəkədəki profilində "Mostbet" onlayn mərc səhifəsinin reklamını apardığını etiraf edib, o ağlayaraq əməlindən peşman olduğunu və bir daha təkrarlamayacağını bildirərək hakimdən onun azad etməsin xahiş edib. 

Müşavirə otağından qaydan hakim Cabir Əsədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 500 manat cərimə edilib. 

Digər əldə etdiymiz məlumata görə "Mostbet" onlayn qumar oyunların sosial şəbəkələrdə reklam edən daha iki nəfər saxlanılıb.  

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülərək barələrində toplanmış matreallar baxılması üçün məhkəməyə göndərilərək hər birinin barəsində 30 sutqa həbs qərarı verilib. 

Bildirilir ki, "Mostbet" onlayn mərc oyunlarının qanunsuz reklam edən şəxslərə qarşı Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi qarşısı alınması istqamətində nəzarəti aktiv şekildə gücləndirilib bu istqamətdə kütləvi tədbirlər görüləcəyi bildirilir.

Bizimlə əlaqə saxlayın