Qazaxda dəhşət: məktəbdən çıxan şagird yoxa çıxdı

03, 11, 23
13:00

Qazaxda dəhşət: məktəbdən çıxan şagird yoxa çıxdı

Qazax rayonunda yeddinci sinif şagirdi olan qız itkin düşüb.

"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.


Belə ki, 2010-cu il təvəllüdlü G.H təhsil aldığı 3 saylı orta məktəbdə baş ağrısı olması səbəbindən sinif rəhbərindən icazə alaraq çıxıb.


Amma məktəblinin sonradan evlərinə getmədiyi məlum olub və onunla əlaqə saxlamaq mümkün olmayıb. 


Hazırda qızın tapılması istiqamətində tədbirlər görülür.

Bizimlə əlaqə saxlayın